II Qarabağ müharibəsi zamanı şəhid olmuş Razik Salmanovun xatirəsi yad edilmişdir
28 dekabr 2025 | 19:29
Dekabrın 27-də Qusar rayonunun Gündüzqala kəndində 44 günlük Vətən müharibəsi şəhidi Razik, Telman oğlu Salmanovun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilmiş, əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Şəhid MAXE Salmanov Razik Telman oğlu 24 yanvar 2000-ci ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Razik Salmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 27-də Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Dekabrın 27-də doğulduğu Qusar rayonunun Gündüzqala kəndində dəfn edilmişdir.
Şəhid Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.






