Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İmamqulukənd kənd sakinləri ilə görüş keçirilib

06 may 2025 | 18:25
6 may 2025-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun İmamqulukənd kəndində növbəti səyyar qəbulu baş tutmuşdur. Qəbulda RİH başçısı Aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
Görüşdə sakinlər müxtəlif məsələlərlə bağlı müraciətlərini rayon rəhbərliyinə bildiriblər. Qəbul zamanı İmamqulukənd kənd həkim məntəqəsi üçün yeni binanın tikintisi, kənd daxili yolların təmiri, kəndin içindən keçən arxların betonlanması, fərdi həyətyanı torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciətlər edilib.
Rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Səyyar qəbul sakinlər tərəfindən razılıqla qarşılanıb, onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər