Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İnsan amili, vətəndaş məmnunluğu prioritet istiqamətdir

17 oktyabr 2024 | 10:39
İnsan amili, vətəndaş məmnunluğu prioritet istiqamətdir
Bu gün dövlət siyasətinin əsasında duran vətəndaş amili Qusar rayonunda da əsas götürülür. Vətəndaşların müraciətlərinin dinlənilməsi, onları narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədilə vətəndaşlarla səyyar görüş-qəbulların keçirilməsi, səslənən müraciətlərə operativ şəkildə baxılması vətəndaş məmnunluğuna xidmət edir.
Bu qəbildən olan növbəti səyyar görüş 16 oktyabr 2024-cü ildə Qusar rayonunun Hiloba kəndində keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı, RİHB Aparatının məsul şəxsləri, idarə, təşkilat, xidmət sahəsinin rəhbərləri, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar öz problem və təkliflərini səsləndiriblər.
Əvvəlcə RİH başçısı Sahir Məmmədxanov Hiloba kəndində 44 günlük Vətən müharibəsi şəhidi Həmzəyev Turac Suliddin oğlunun məzarını ziyarət edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Hiloba kənd məktəbində keçirilən görüşdə vətəndaşlar istifadəyə yararsız vəziyyətdə olan kənddaxili yolların asfaltlanması, qaz, elektrik və internet xətlərinin çəkilişi, elektrik dirəklərinin bərpası, torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi ilə bağlı problemlərini səsləndiriblər. Səhiyyə sahəsi ilə bağlı bəzi narazılıqlarını dilə gətirən sakinlər kənd tibb məntəqəsində fəaliyyət göstərən personalın olmadığını diqqətə çatdırıblar. Görüşdə həmçinin köhnə məktəb binasının məktəbəqədər təhsil müəssisəsinin yaradılması məqsədilə təmir edilib istifadəyə verilməsi təklifi irəli sürülüb.
RİH başçısı sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib, bir çox məsələlər yerindəcə həllini tapıb. Digərləri isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.
Vətəndaşlar mütəmadi olaraq keçirilən səyyar görüşlərdən razı qaldıqlarını bildirərək onların rahat həyat şəraitinin təmin olunması istiqamətində görülən işlərə görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər