Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İntensiv yağıntılardan sonra fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir-07.04.2026

07 aprel 2026 | 19:14
4 və 5 aprel tarixlərində Qusar rayonunda müşahidə olunmuş intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər operativ şəkildə həyata keçirilir və bu istiqamətdə işlər davam etdirilir. Mövcud vəziyyətin nəzarətdə saxlanılması, fəsadların aradan qaldırılması məqsədilə həmin ərazilərə texnikalar cəlb olunmuş, eyni zamanda canlı qüvvə səfərbər edilmişdir.
Aprelin 7-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, DSX Sərhəd Qoşunlarının Xudat Sərhəd Dəstəsinin komandiri Elvin Səlimov və RİH başçısı aparatının məsul şəxsləri rayonun sərhədyanı kəndləri – Həzrə, Ukur, Düztahir, Böyük Muruq və Sudur yaşayış məntəqələrində olaraq baş vermiş fəsadların aradan qaldırılması istiqamətində görülmüş işlərlə yerində tanış olmuş, həmin kəndlərdə yerləşən sərhəd zastavalarına gedən yollara baxış keçirmişdir. Eyni zamanda, aidiyyəti qurumların nümayəndələri ilə birgə görülməli tədbirlər barədə geniş fikir mübadiləsi aparılmış, ərazilərdə fəaliyyət göstərən texnikaların işi nəzərdən keçirilmiş və zəruri bərpa işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Kəndlərin sakinləri ilə ünsiyyətdə olan icra başçısı onların müraciətlərini dinləmiş, güclü yağışlar səbəbindən onlara dəymiş ziyanlarla maraqlanmış və fəsadların aradan qaldırılması istiqamətində görülən tədbirlərlə bağlı məlumat vermişdir.
Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər fasiləsiz şəkildə davam etdirilir və vəziyyət nəzarətdə saxlanılır. Qeyd edək ki, qar yağması nəticəsində bağlanmış ucqar Sudur kəndinə gedən yol texnikalar vasitəsilə təmizlənmiş və yolda nəqliyyatın hərəkəti bərpa edilmişdir.
Keçidlər