Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İnvestisiya layihələri üzrə təkliflər müzakirə edilmişdir

21 oktyabr 2022 | 17:07

Oktyabr ayının 21-də Qusar rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dövlət-biznes formatında reallaşdırılan səmərəli investisiya layihələrinin müəyyən edilməsi ilə əlaqədar müzakirələr aparılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən rayonda qalmaqda olan problemlərin həlli məqsədilə təqdim edilmiş istehsal, emal müəssisələrinin yaradılması, sosial və infrastruktur sahələri üzrə perspektiv investisiya layihələri barədə təklifləri və həmin təkliflər əsasında dövlət-biznes tərəfdaşlığı formatında layihələrin hazırlanması, investorların cəlb edilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Müzakirələrdə rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov, RİH Aparatının məsul əməkdaşları, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişaf Mərkəzinin və DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin rəhbərləri iştirak etmişdir.

Keçidlər