Kənd stadionlarında zəruri şəraitin yaradılması istiqamətində işlər davam etdirilir
23 sentyabr 2026 | 19:05
Qusar rayonunda həyata keçirilən gənclər-idman siyasətinin əsas istiqamətlərindən biri idmanın kütləviləşdirilməsi və idman infrastrukturunun müasirləşdirilməsidir. Rayon İcra Hakimiyyətinin dəstəyi və sahibkarların iştirakı ilə son zamanlarda rayonun bir sıra kəndlərinin stadionlarında təmir və yenidənqurma işləri, ərazinin hasarlanması və öt örtüyünün salınması, geyinib-soyunma otaqlarının quraşdırılması işləri həyata keçirilib və zəruri şərait yaradılıb. Rayonda futbola marağın yüksək olduğunu nəzərə alaraq, Qusar Rayon İcra Hakimiyyəti tərəfindən kənd futbol klublarının fəaliyyəti daim diqqətdə saxlanılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “METAK” şirkəti tərəfindən rayonun Gündüzqala kənd stadionunda geyinib-soyunma konteyneri quraşdırılıb. Bundan əvvəl də şirkət tərəfindən Quxuroba və Köhnə Xudat Qazmalar kənd stadionları geyinib-soyunma konteynerləri ilə təmin edilmişdir.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından “METAK” şirkətinin rəhbərliyinə rayonda idman infrastrukturunun inkişafına göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk.






