Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Kənd təsərrüfatı Qusarın iqtisadiyyatının əsasını təşkil edir

28 avqust 2024 | 16:10

Kənd təsərrüfatı Qusar rayonunun iqtisadi inkişafında mühüm rol oynayır. Təbiətin verdiyi imkanlardan səmərəli istifadə edən qusarlılar həm yerli bazarın təmin olunmasında, həm də ölkə iqtisadiyyatına töhfə verməkdə davam edirlər. Bu gün dövlətin dəstəyi və yeni texnologiyaların tətbiqi ilə bu sahə daha da inkişaf edir ki, bu da Qusarın iqtisadi potensialını daha da gücləndirir.

Rayona rəhbərlik etməyə başladığı gündən RİH başçısı Sahir Məmmədxanov digər sahələrlə yanaşı kənd təsərrfatına da xüsusi diqqət ayırmış, bu sahədə mövcud imkanlar araşdırılmış, yerli sahibkarların iştirakı ilə perspektiv planlar, problem və çətinliklər müzakirə edilmişdir.

2024-cü il avqust ayının 24-də Qusar rayon İcra Hakimiyyətinin başçısı Qusar rayonunun Kuzunqışlaq kəndi ərazisində yerləşən, iri meyvəçilik təsərrüfatı olan “Soyuzaqrokontrakt” MMC-nin fəaliyyəti ilə tanışlıq məqsədilə ora səfər etmiş, fermerlərlə görüşmüşdür. MMC-nin rəhbərliyi təsərrüfat haqqında geniş məlumat vermiş, dövlətin bu istiqamətdə onlara göstərdiyi dəstək, planlar həyata keçirilən tədbirlər haqqında danışmışdır. Meyvə yığımı prosesi, soyuducu anbar və kalibrlənmə xəttinin işi ilə tanış olan Rayon İcra Hakimiyyətinin başçısı məhsuldarlıq, məhsulun satışı və qiymətləri ilə maraqlanmış, təsərrüfat rəhbərləri ilə onları maraqlandıran məsələlər mövzusunda söhbət aparmışdır. MMC-nin ərazisində tikilmiş 21000 tonluq soyuducu anbara baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısına tikilinin funksiyası, iş metodu və  texniki göstəriciləri barədə məlumat verilmişdir. Sonra Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində fəaliyyət göstərən iri fermer və sahibkarlarla dəyirmi masa ətrafında mövcud çətinliklər, problemlər, həyata keçiriləcək tədbirlər haqqında müzakirələr aparmışdır. Görüşə dəvət olunmuş “İSFA” MMC-nin təsisçisi, Qusar və Yevlax rayonlarında intensiv bağ və tingçilik təsərrüfatların rəhbəri Samir Xeyirbəyov, heyvandarlıq üzrə fermerlər Sabir Fərzəliyev və Fikrət Ağamirzəyev, “Manner Azerbaycan” və “Ata-baba” MMC-lərin direktoru Sudabə Orucova, kartofçuluq üzrə fermer Obayat Mirzağayev təsərrüfatları barədə ətraflı məlumat vermiş, gələcək planlar barədə fikirlərini və təkliflərini  bildirmişlər. Rayon İcra Hakimiyyətinin başçısı görüşdə səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirmiş, fermer və təsərrüfat rəhbərlərinə işlərində uğurlar arzu etmişdir.

Keçidlər