Kəndlərdə sakinlər ilə görüşlər davam etdirilir
28 mart 2025 | 20:14
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Zuxuloba, Salahoba, Mucuqoba kəndlərinin sakinləri ilə görüşüb. Səmimi polemika şəraitində keçən görüşdə sakinlər bir sıra məsələlərlə bağlı müraciətlərini ediblər.
İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək, onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verib.
Sakinlər əhali ilə mütəmadi olaraq keçirilən görüşlərə, onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.