Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Kəndlərdə səyyar qəbullar davam etdirilir

05 fevral 2025 | 17:18

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun yaşayış məntəqələrində səyyar qəbul-görüşlərinin keçirilməsi mütəmadi olaraq davam etdirilir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Mucuq kəndində keçirilib.

Qəbulda həmçinin Azəriqaz İstehsalat Birliyinin və Xaçmaz Regional Qaz İstismar İdarəsinin məsul əməkdaşları, Hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı kənd sakinləri kəndə yeni çəkilmiş qaz xəttinin istifadəyə verilməsini gözlədiklərini, evlərə qaz xətlərinin çəkilməsi üçün sənədləşmə işlərinə köməklik göstərilməsini xahiş ediblər. Həmçinin mövcud problemlərdən olan istismara yararsız elektrik dirəklərinin yenilənməsi, internet sürətinin artırılması və digər məsələlərlə bağlı müraciətlərini ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, müəyyən izahlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurum və təşkilatlara tapşırıqlar verilib.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra 2022-ci ildə antiterror əməliyyatları zamanı şəhid olmuş Heydərov Şair Camaloviçin ailəsi ziyarət olunub. İcra başçısı şəhid ailəsinin problem və qayğıları ilə maraqlanıb.

Keçidlər