Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Kitabların mütaliəsi” adlı maarifləndirici tədbir keçirilib

10 iyul 2025 | 15:31
9 iyul 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, rayonun Ləcət, Böyük Muruq, Həzrə, Düztahir, Əcəxur, Mucuq, Kiriq kənd kitabxanalarının təşkilatçılığı ilə Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kiriq kənd kitabxana filialında “2025-ci il Konstitusiya və Suverenlik İli” çərçivəsində “Kitabların mütaliəsi” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, Qusar Rayon Mərkəzi Kitabxanasının direktoru vəzifəsini icra edən Gültəkin Pənahova, habelə rayonun müxtəlif kəndlərini – Düztahir, Böyük Muruq, Əcəxur, Mucuq, Həzrə, Ləcət və Yuxarı Zeyxur kəndlərini təmsil edən kitabxana filiallarının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər kitabxanaların maarifçilik missiyasını və bu sahədə formalaşan ənənələrin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, mütaliə yalnız fərdi intellektin inkişafına deyil, eyni zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və ictimai şüurun formalaşmasına mühüm töhfə verir.
Çıxışlarda həmçinin qeyd olunub ki, oxucular arasında mütaliə mədəniyyətinin təbliği, gənclər və məktəblilər üçün nəzərdə tutulan maarifləndirici layihələrin sayının artırılması kitabxanaların fəaliyyətinin əsas prioritetlərindən biri olmalıdır. Bu istiqamətdə görülən işlər yalnız mədəni sahəyə deyil, ümumilikdə insan kapitalının inkişafına yönəlmiş strateji addımlar kimi qiymətləndirilməlidir.
Tədbirin rəsmi hissəsinin yekunlaşmasından sonra proqramın bədii hissəsi təqdim olunub. Bədii hissədə musiqi və rəqs nömrələri nümayiş etdirilib, gənc istedadların ifasında səhnəciklər göstərilib, şeirlər səsləndirilib. Xalq rəqsləri və musiqi nömrələri ilə müşayiət olunan kompozisiyalar tamaşaçılarda xoş ovqat yaradıb.
Keçidlər