Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Konstitusiya və Heydər Əliyev ideyaları” adlı intellektual yarış keçirilib

12 noyabr 2026 | 18:01
 
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Qusar Rayon Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin əməkdaşları arasında “Konstitusiya və Heydər Əliyev ideyaları” adlı intellektual yarış keçirilib.
Beş komandanın iştirak etdiyi yarış iki mərhələdən ibarət olub və hər mərhələdə iştirakçılara 15 sual təqdim edilib. Suallar Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarını və əsas prinsiplərini, Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, zəngin dövlətçilik irsini, eləcə də 44 günlük Vətən müharibəsinin tarixi və siyasi əhəmiyyətini əhatə edib.
Yarışın yekununda əldə olunan nəticələrə əsasən qalib komanda müəyyənləşdirilib, qalib komandanın üzvləri və digər iştirakçılara diplom və hədiyyələr təqdim olunub. İntellektual yarışın keçirilməsində əsas məqsəd dövlətin əsas qanunu olan Konstitusiyanın mahiyyətinin və təsbit etdiyi hüquqi dəyərlərin, milli dövlətçilik ənənələrinin, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin və dövlətçilik ideyalarının təbliği, eyni zamanda mədəniyyət müəssisələrinin əməkdaşlarının hüquqi və tarixi biliklərinin genişləndirilməsi olub.
Keçidlər