Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Konstitusiyamız müqəddəs – Suverenliyimiz əbədidir” mövzusunda maarifləndirici tədbir keçirilib

17 iyul 2025 | 17:50
 
Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi əsaslarını müəyyən edən ali sənəd kimi milli suverenliyimizin və dövlət müstəqilliyimizin təminatçısıdır.
15 iyul 2025-ci il tarixində Qusar Rayon Mərkəzi Kitabxanasının təşəbbüsü, rayonun Cağarqışlaq, Zindanmuruqqışlaq, Kuzunqışlaq, Quxuroba, Əniqoba, Yasaboba, Şirvanlı, Yuxarı Zeyxur və Avaranqışlaq kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə Samur qəsəbə kitabxana filialında “Konstitusiyamız müqəddəs – Suverenliyimiz əbədidir” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, Qusar Rayon Mərkəzi Kitabxanasının direktor vəzifəsini icra edən Gültəkin Pənahova, Qusar Rayon İcra Hakimiyyəti Başçısının Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Babayev, şəhid anası Səmayə Pirvələdova, Samur həkim məntəqəsinin müdiri, əməkdar həkim Nəriman Osmanov və digər ictimaiyyət nümayəndələri çıxış edərək tədbirin ideoloji və hüquqi mahiyyətindən bəhs ediblər.
Çıxışlarda xüsusilə vurğulanıb ki, Konstitusiya – dövlətin ali hüquqi sənədi olmaqla yanaşı, həm də cəmiyyətin idarə olunması sisteminin ideoloji əsasını təşkil edir. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiya müasir Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsini formalaşdırmış, demokratik idarəetmənin əsaslarını müəyyən etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl konstitusion islahatlar, bu sənədin dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilməsini və müasir hüquqi sistemin dayanıqlı əsasına çevrilməsini təmin etmişdir.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Keçidlər