Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Kufoba kəndində kənd sakinlərini narahat edən problemlər dinlənilmişdir

23 yanvar 2024 | 18:05

Qusar rayonun Kufoba kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinlərinin problemləri dinlənilmiş, onların həlli istiqamətində müzakirələr aparılmışdır. Sakinlər fasiləsiz elektrik enerjisi ilə təmin olunması, kəndin mərkəzinə qədər olan 400 metr asfalt yolunun və 200 m-lik içməli su xəttinin təmiri və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər