Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Kuzunqışlaq kənd sakinləri ilə səyyar görüş keçirilib

08 aprel 2025 | 19:01

8 aprel 2025-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyəti başçısının rayonun Kuzunqışlaq kəndində sakinlərlə səyyar görüşü baş tutmuşdur.

RİHB Aparatının məsul şəxsləri, idarə, təşkilat, xidmət sahəsinin rəhbərləri, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar öz problem və təkliflərini səsləndiriblər. Son illərdə kənddə görülən işlər və həyata keçirilən layihələrə, ötən ildə Samur-Abşeron kanalı üzərində yeni körpünün tikintisi və bu kanaldan qidalanan su nasos stansiyasının istifadəyə verilməsi, Qusar-Xudat yolundan ayrılan Langi-Kuzunqışlaq-Avaranqışlaq avtomobil yolunun və ətraf kəndləri bu yola birləşdirən kəndlərarası yolların əsaslı təmiri, yeni məktəb binasının tikintisinə və kəndin elektrik şəbəkəsinin  yenidən qurulmasına başlanılmasına görə razılıqlarını bildirən sakinlər kənddə qalmaqda olan problemləri də rayon rəhbərliyinin diqqətinə çatdırmışdır.

Sakinlər kəndin mavi yanacaqla təmin olunması, yeni əlavə transformatorların quraşdırılmasına ehtiyacın olması ilə bağlı müraciətlərini ediblər. Evlərin yeni çəkilən elektrik kabellərinə qoşulmaması, çəkilən kabellərin keyfiyyətsiz olması barədə məsələləri qaldırıblar. Sakinlərə bildirilib ki, kəndin elektrik təchizatı sisteminin yenidən qurulması tam başa çatdırılmayıb. Bu istiqamətdə işlər davam etdirilir.

RİH başçısı tərəfindən sakinlərin qaldırdıqları məsələlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşlar mütəmadi olaraq keçirilən səyyar görüşlərdən razılıqlarını bildirərək, onların problemlərinin həlli istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Görüşdən sonra Kuzunqışlaq kəndində tikintisi yarımçıq dayandırılmış, 220 şagird yerlik nəzərdə tutulmuş məktəb binasına baxış keçirilmişdir.

   

 

Keçidlər