Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Laza kəndində baş vermiş güclü palçıq axınının yaratdığı fəsadların aradan qaldırılması üçün rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir

26 sentyabr 2025 | 14:18
Şimal rayonlarına yağan güclü leysan xarakterli yağış Qusar rayonunda da müəyyən fəsadlar yaradıb. Bu fəsadlar özünü daha çox rayonun Laza kəndində göstərib.
2025-ci il sentyabrın 22-də səhər saat 11:00 radələrində Qusar rayonunun Laza kəndi ərazisində şəlalədən palçıq-lil kütləsi çaya tökülmüş, çayın kənarında yerləşən tərəvəz sahələrinə, turizm obyektlərinə və fərdi yaşayış evlərinə təhlükə yaratmış, kənd daxili yolları, çayın məcrasını və ətrafını palçıq qatı örtmüşdür. Əraziyə texnika cəlb edilmiş, və fəsadların aradan qaldırılması üçün tədbirlərə başlanılmışdır.
Sentyabrın 23-də palçıq-lil kütləsinin həcmi artaraq Laza çayının məcrasını tamamilə örtmüşdür. Qusar Rayon İcra Hakimiyyəti tərəfindən əraziyə əlavə texnika və əməkdaşlar cəlb olunmuş, lil-palçıq kütləsinin fərdi yaşayış evlərinə daxil olmasının qarşısı alınmışdır.
Laza kəndinə şəlalədən gələn palçıq axını ayın 24-də də davam etmişdir. Ayın 24-dən 25-ə keçən gecə saat 22 radələrində daha da artmış və 25-i saat 5 - ə kimi daha çoxalmışdır. Yaranmış təhlükəli vəziyyətlə əlaqədar gecə saat 23:00-dan saat 02:00-a kimi Rayon İcra Hakimiyyətinin başçısı, Fövqəladə Hallar Komissiyanın üzvləri kənddə olmuş, ərazidə texnikalar işləmiş, təhlükəli vəziyyətdə olan 3 evin sakinləri təxliyyə edilmiş, əraziyə əlavə texnikalar cəlb edilməklə çayın məcrasının tənzimlənməsi, müəyyən yerlərdə bəndlərin qurulması və digər zəruri tədbirlər görülmüşdür. Saat 5 radələrində vəziyyət nisbətən sabitləşmişdir.
Sentyabrın 25-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovla birgə Laza kəndində olmuş, kənd sakinləri ilə görüşmüşdür. Baş vermiş fəsadların aradan qaldırılması üçün texnika cəhətdən köməklik göstərəciyini qeyd edən general-polkovnik həmin gün kənddə olan toy mərasiminin sahiblərini təbrik etmişdir.
Qusar Rayon İcra Hakimiyyəti və müvafiq qurumlar tərəfindən əhalinin təhlükəsizliyi təmin edilir, əlavə texnika ilə nəzarət və zəruri tədbirlər davam etdirilir. Vəziyyəti nəzarətdə saxlamaq üçün növbətçilik təşkil edilmişdir.
Keçidlər