Laza kəndində yeni körpünün tikintisi yekunlaşıb
04 dekabr 2025 | 18:35
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov dekabrın 2-də rayonun Laza kəndində bir qrup kənd sakini ilə birlikdə tikintisi başa çatdırılaraq istifadəyə verilmiş körpü ilə yerində tanış olmuşdur. Sözügedən körpünün inşası Qusar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında, “Körpü-Bina-Tikinti” MMC tərəfindən həyata keçirilmişdir.
Kənd sakinləri körpünün tikintisinin onların gündəlik həyat şəraitini yaxşılaşdırdığını, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə şərait yaratdığını qeyd edərək layihənin icrasına görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.






