Ləcət kənd sakinlərinin problemləri yerində dinlənilmişdir
Ləcət kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinləri kənddə görülmüş işlərlə yanaşı onları narahat edən məsələləri də rayon rəhbərliyinin diqqətinə çatdırmışdır. Vətəndaşlar pay torpaqlarından səmərəli istifadə edə bilməsi üçün həmin torpaq sahələrinin kol-kosdan təmizlənmək məqsədilə 5 saylı Ekologiya və Təbii sərvətlər idarəsindən müvafiq razılığın alınması, Ləcət kənd tam orta məktəbi üçün əlavə sinif otaqların tikilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, ünvanlı sosial yardımın verilməsi, kənd yollarının hamarlanması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.