Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ləzə kəndində baş vermiş fəsadların aradan qaldırılmasında əməyinə görə operator Rahmanov Namət Akif oğluna təşəkkür

29 sentyabr 2025 | 18:33
Şimal rayonlarına yağan güclü leysan xarakterli yağışlar bir sıra fəsadlara səbəb olmuşdur. O cümlədən Qusar rayonunun Ləzə kəndində 2025-ci il sentyabrın 22-dən başlayaraq kənd ərazisində şəlalədən palçıq-lil kütləsi çaya tökülmüş, çayın kənarında yerləşən tərəvəz sahələrinə, turizm obyektlərinə və fərdi yaşayış evlərinə təhlükə yaratmış, kənd daxili yolları, çayın məcrasını və ətrafını palçıq qatı örtmüşdür.
Yaranmış təhlükəli vəziyyətlə əlaqədar Qusar Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul şəxsləri, Fövqəladə Hallar Komissiyanın üzvləri və digər əlaqədar qurumlar koordinasiyalı şəkildə fəaliyyət göstərmiş, əraziyə texnikalar cəlb edilmiş və vəziyyət nəzarət altına alınmışdır. Fəsadların aradan qaldırılması istiqamətində işlər görülmüşdür.
Baş vermiş fəsadların aradan qaldırılması istiqamətində köməklik göstərən bütün qurumlara və şəxslərə, o cümlədən "Körpü-Bina-Tikinti" MMC-nin operatoru Rahmanov Namət Akif oğluna bu çətin günlərdə göstərdiyi fədəkar əməyinə görə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, kənd sakinləri və rayon ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk.
Keçidlər