Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Məktəbli idmançılardan Respublika Olimpiadasında uğurlu nəticələr

25 iyun 2026 | 19:04

Məktəblilərin Respublika Olimpiadasında Qusar rayonunu təmsil edən cüdo və badminton üzrə idmançılar uğurlu nəticələr əldə ediblər.

Bakı şəhərində keçirilən yarışlarda Qusar Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin yetirmələri Balakişiyeva Zülficat Hicran qızı (44 kq) və Ağasıyeva Amina Ramiddin qızı (63 kq) cüdo üzrə öz çəki dərəcələrində III yerə layiq görülüblər.

Badminton idman növü üzrə isə rayonumuzu təmsil edən Quliyeva Həbibə Vahid qızı tək oyunda 1-ci, qızların qoşa yarışında 2-ci, qarışıq qoşa yarışında isə 3-cü yerə layiq görülüb. Məmmədova Esma Semral qızı qızların qoşa yarışında 2-ci, fərdi yarışlarda isə 3-cü yer qazanıb.

İdmançılarımızı və onların məşqçi-müəllimləri Şixmuradov Şixrəcəb Matros oğlunu və Quliyev Vahid Vaqif oğlunu əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq.

Keçidlər