Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Memarlıqda harmoniya” mövzusunda keçirilən fotomüsabiqəyə yekun vurulub

27 oktyabr 2026 | 18:09
 
Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, "Qusar Optika"nın sponsorluğu və “kusarionline” sosial media səhifəsinin informasiya dəstəyi ilə gənclər arasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Memarlıqda harmoniya” mövzusunda keçirilən fotomüsabiqəyə yekun vurulub.
Oktyabrın 12-də elan olunan müsabiqəyə iştirakçılar tərəfindən 30-dan artıq fotoşəkil təqdim edilib. Qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və memarlıq ili” elan edilməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin olunması, gənclər arasında Qusar rayonunun qədim memarlıq mədəniyyəti, tarixi və müasir memarlıq inciləri barədə məlumatlılığın artırılması, bu sahədə İstedadlı gəncləri üzə çıxarmaq və onların yaradıcılığını dəstəkləmək, şəhərsalma mühiti ilə təbiətin, eləcə də bu sahədə qədimliklə müasirliyin vəhdətini fotoşəkillər vasitəsilə nümayiş etdirmək məqsədi daşıyıb.
Oktyabrın 24-də təltif olunma mərasimində müsabiqədə 1, 2, 3-cü yerləri tutmuş və fərqlənmiş iştirakçılara Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplom və sertifikatları təqdim edilib. Musabiqənin qalibinə müsabiqənin sponsoru olan "Qusar Optika" tərəfindən qiymətli hədiyyə təqdim edilib.
Keçidlər