Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Mənəvi dəyərlər kontekstində erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

12 mart 2026 | 17:30
Erkən nikahlar cəmiyyətin inkişafına mənfi təsir göstərən mühüm sosial problemlərdən biri hesab olunur. Belə nikahlar gənclərdə psixoloji problemlər və fiziki sağlamlıq riskləri yaratmaqla yanaşı, gənclərin təhsil imkanlarını məhdudlaşdırır, ailədaxili münasibətlərdə problemlərin yaranmasına səbəb olur. Bu mövzuda maarifləndirici tədbirlərin keçirilməsi, xüsusilə gənclər arasında məlumatlılığın artırılması erkən nikahlara qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir.
Belə sosial problemlərə qarşı mübarizə məqsədilə Qusar rayonunun ümumtəhsil müəssisələrində mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlər keçirilir. Bu istiqamətdə tədbirlərin davamı olaraq martın 10-da rayonun Piral kənd tam orta məktəbində erkən nikahın yaratdığı sosial, psixoloji və mənəvi problemlər barədə gənclərin məlumatlandırılması, ailə institutuna sağlam yanaşmanın formalaşdırılması məqsədilə “Mənəvi dəyərlər kontekstində erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov və digər natiqlər erkən nikah hallarının fəsadları ilə bağlı məlumat verərək mövzu ətrafında çıxışlar ediblər. Bildirilib ki, Azərbaycan cəmiyyətində ailə institutu hər zaman yüksək qiymətləndirilmiş, ailə münasibətləri hörmət, qarşılıqlı anlayış və məsuliyyət prinsipləri üzərində qurulmuşdur. Erkən yaşda qurulan ailələr isə çox vaxt həm psixoloji, həm də sosial baxımdan hazır olmayan gənclərin üzərinə böyük məsuliyyət qoyur. Bu da ailədaxili problemlərin yaranmasına, bəzən ailələrin dağılmasına səbəb olur. Qeyd edilib ki, erkən nikahın mənfi təsirlərindən biri də gənclərin cəmiyyətə tam şəkildə inteqrasiya edə bilməməsidir. Təhsil hər bir insanın həyatında mühüm rol oynayır və onun gələcək peşə fəaliyyətinin, dünyagörüşünün və sosial mövqeyinin formalaşmasında əsas amillərdən biridir. Təhsilini tamamlamayan gənclər isə həm fərdi inkişaf baxımından geri qalır, həm də cəmiyyətin sosial-iqtisadi inkişafına lazımi töhfə verə bilmirlər.
Qeyd edilib ki, erkən nikah hallarının qarşısının alınması üçün cəmiyyətin bütün təbəqələrinin – dövlət qurumlarının, təhsil müəssisələrinin, ailələrin və ictimaiyyətin birgə fəaliyyəti, maarifləndirmə işlərinin davamlı aparılması böyük əhəmiyyət kəsb edir.
Keçidlər