“Metak” futbol klubunun stadionu üçün ayrılmış ərazidə yenidənqurma işlərinə başlanılıb
28 iyul 2026 | 18:49
Gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təbliği və rayonun idman infrastrukturunun müasirləşdirilməsi məqsədilə Qusar şəhərində irimiqyaslı layihələr icra olunur. Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Metak” futbol klubunun stadionu üçün ayrılmış ərazidə yenidənqurma işlərinə start verilib. Layihənin yekununda hazırda istismarda olan köhnə stadion müasir standartlara uyğun yenidən qurularaq sakinlərin istifadəsinə veriləcək. Hazırda ərazidə texnikalar cəlb olunmaqla inşaat işləri üçün zəruri şərait yaradılır. Yenilənmiş stadionda futbol meydançası, oturacaqlarla təchiz olunmuş tribunalar, soyunub-geyinmə otaqları nəzərdə tutulub.






