"Milli folklorumuzu yaşadaq!" adlı mədəni-kütləvi tədbir keçirilib
09 aprel 2025 | 18:06
"Kənddə mədəniyyət günləri" çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Mucuq, Hil, Düztahir kənd Folklor evlərinin, Həzrə kənd mədəniyyət evinin və digər kənd klublarının birgə təşkilatçılığı ilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzinin Mucuq kənd Folklor evində mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə Qusar rayon Mədəniyyət Mərkəzi və filiallarının əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mədəni-kütləvi tədbirdə Hil kənd Folklor evinin nəzdində fəaliyyət göstərən "Mel" folklor xalq kollektivi, rəqs qrupları, gənc müğənnilər geniş və rəngarəng konsert proqramı ilə çıxış ediblər. Mədəni-kütləvi tədbir tamaşaçılar tərəfindən maraqla qarşılanıb.