Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Milli Mətbuat Günü münasibətilə yerli ziyalılarla görüş baş tutub

22 iyul 2025 | 18:25
22 iyul – Milli Mətbuat Günü münasibətilə Qusar Rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə rayon ziyalıları, tanınmış qələm sahibləri, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva media mənsublarını peşə bayramı münasibətilə təbrik etmişdir. O, mətbuatın cəmiyyətdəki əvəzsiz roluna toxunmuş, 150 illik tarixi olan milli mətbuatımızın daim maarifçilik missiyası daşıyaraq, ictimai şüurun formalaşmasına, vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verdiyini vurğulamışdır.
Tədbirdə iştirak edən yerli ziyalılar yaradıcılıq təcrübələrini bölüşərək, keçmişdən bu günə Qusarda mətbuat ənənələrinin formalaşmasında əməyi olan qələm sahiblərini dərin ehtiramla xatırlayıblar. Qeyd olunub ki, yerli “Qusar” qəzetində illər ərzində dərc olunan yazılar-publisistik məqalələr, ədəbi nümunələr və analitik yazılar maarifçiliyə, vətənpərvərliyə, ictimai həmrəyliyə xidmət etmiş, həm də bölgənin mədəni, iqtisadi salnaməsini yaratmışdır.
Sonda qələm sahiblərinə xatirə hədiyyələri təqdim olunub.
Görüş çay süfrəsi ətrafında davam etdirilib.
Keçidlər