Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Minifutbol idman növü üzrə Qusar rayon turniri keçirilib

11 yanvar 2026 | 19:20
10 yanvar 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektoru və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə minifutbol idman növü üzrə Qusar rayon turniri təşkil olunmuşdur.
Hər komandada 7 nəfər olmaqla, 12 komandanın tərkibində ümumilikdə 82 nəfər idmançının iştirakı ilə gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekun nəticələrinə əsasən Qusar rayon Metak Futbol Klubunun Metak-1 komandası I yerə, Metak-2 komandası II yerə, Qusar Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası isə III yerə layiq görülmüşdür.
Turnirin sonunda qalib və mükafatçılar müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşdur.
Keçidlər