Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Mucuq kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşü keçirilib-23.10.2026

23 oktyabr 2026 | 18:26
Qusar rayonunun Mucuq kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşü keçirilib. Görüşdə qazilər şagirdlərlə öz həyat və döyüş təcrübələrini bölüşərək, Vətən uğrunda aparılan mübarizənin məsuliyyətindən, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfərin əhəmiyyətindən danışıblar. Məktəblilər qonaqlara onları maraqlandıran müxtəlif suallar ünvanlayıblar.
Çıxış edənlər bildiriblər ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, şəhidlərin əziz xatirəsinin yaşadılması, müharibə iştirakçılarının döyüş təcrübəsinin öyrənilməsi vətənpərvərlik tərbiyəsinin mühüm istiqamətlərindəndir.
Vətən müharibəsi iştirakçıları gənclərə müraciət edərək onları dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq olmağa çağırıb, hər bir gəncin öz biliyi, savadı, peşəkar fəaliyyəti ilə ölkəmizin inkişafına töhfə verməsinin vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində məktəbin hərbi rəhbəri Sultanov Aydın Ramazan oğlu şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edilib. Sonda xatirə şəkli çəkilib.
Keçidlər