Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Müəllim, mən dərsimi Zəfərlə bitirdim” – Zəfər Gününə həsr olunmuş xüsusi dərs keçirilib

02 noyabr 2026 | 10:22
 
Qusar şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş dərs keçirilib.
Məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə “Müəllim, mən dərsimi Zəfərlə bitirdim” mövzusunda təşkil olunan dərsdə şagirdlərə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyəti, xalqımızın qəhrəmanlıq salnaməsi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması barədə ətraflı məlumat verilib.
Dərsin ən yaddaqalan anı isə fəxri qonaq qismində məktəbin tarix müəllimi Gülçin Muradovanın yetirməsi, Vətən müharibəsi qazisi Samir Əhmədovun iştirakı olub.
Qazi Samir Əhmədov keçdiyi döyüş yolundan, cəbhədə yaşadığı çətin və şərəfli anlardan bəhs edərək, bu gün bir Vətən müharibəsi iştirakçısı kimi tarix dərsində iştirak etməsinin onun üçün xüsusi qürur hissi olduğunu bildirib və şagirdləri maraqlandıran sualları cavablandırıb.
Keçidlər