Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Mülki müdafiə sahəsində metodiki toplanış keçirilib

29 noyabr 2024 | 12:32
Qusar Rayon İcra Hakimiyyəti mülki müdafiə sahəsində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin təyin edilməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi ilə birgə 27 noyabr 2024-cü il tarixdə metodiki toplanış keçirmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd rayonda mülki müdafiə işinin gücləndirilməsi və mövcud vəziyyətin təhlili, bu sahədəki çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin maarifləndirilməsi tədbirlərinin təşkili olub.
İnzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrləri və mülki müdafiə qərargah rəislərinin iştirakı ilə baş tutmuş toplanışda mülki müdafiə qüvvələrinin daimi hazırlığının təmin edilməsi, əhalinin müdafiəsinin təşkili, əhaliyə mülki müdafiə biliklərinin öyrədilməsi istiqamətində müzakirələr aparılıb, bu sahədə görülmüş və həyata keçirilməsi nəzərdə tutulmuş işlər barədə məlumat verilib.
Keçidlər