Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda seminar müşavirə

27 fevral 2024 | 18:05

Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə 27 fevral 2024-cü il tarixdə Qusar rayonu üzrə Gənclər və İdman sektorunun akt zalında “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda seminar müşavirə keçirilmişdir.

Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbənin müdiri Ramin Xudayev, İnsan hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Hüquq mühafizə orqanlarının nümayəndələri və 130 nəfərə qədər gənc iştirak etmişdir.

Çıxış edənlər əsasən Narkomaniyanın törətdiyi fəsadlar və onların aradan qaldırılması üçün görülən tədbirlər haqqında danişmış, həmçinin dini radikalizm, məişət zorakılığı mövzularinda da müzakirələr keçirilmiş, fikir mübadiləsi aparılmışdır.

Keçidlər