Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Nazir Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edib

31 yanvar 2025 | 18:11
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qusar şəhər Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz rayon sakinlərinin qəbulunu keçirib.
Qəbuldan əvvəl Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qusar şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Qəbul zamanı sakinlərin internet, telekommunikasiya, poçt, nəqliyyat xidmətləri ilə bağlı müraciətlərinə baxılıb, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsinin təmin olunacağı bildirilib.
Qəbulda iştirak edən vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər