“Nəğməli görüşlər” adlı növbəti konsert proqramı baş tutub
28 iyul 2026 | 18:48
Yay mövsümündə Qusar rayon sakinlərinin və qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən “Nəğməli görüşlər” adlı konsert proqramları artıq ənənə halını alıb. Növbəti konsert proqramında Həzrə kənd Mədəniyyət evi, Mucuq kənd Folklor evi, Zuxul, Yuxarı Qələnxur və Yuxarı Tahircal kənd klublarının kollektivləri çıxış ediblər. Konsert proqramında tanınmış ifaçılar tərəfindən müxtəlif janrlarda səsləndirilən mahnılar, “Ləzginka” rəqs qrupunun ifası tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.






