Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar görüş Əniqoba kəndində keçirilib

04 mart 2025 | 18:58
Növbəti səyyar görüş Əniqoba kəndində keçirilib
Martın 4-də Qusar rayon İcra Hakimiyyəti başçısının rayonun Əniqoba kəndində vətəndaşların səyyar qəbulu keçirilib.
Qəbulda RİH başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüşdə sakinlər Hiloba-Yasaboba-Əniqoba yolunun təmiri, Xuluqoba kəndinin qazlaşdırılması, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, əlavə transformatorların quraşdırılması ilə bağlı müraciətlərini ediblər. Yay aylarında suvarma və içməli su çatışmazlığı, həmçinin yanacaq odunun gətirilməsində çətinliklərlə üzləşdiklərini qeyd edən kənd sakinləri ətraf dörd kənddə, o cümlədən Əniqoba kəndində həkim çatışmazlığı probleminin mövcud olduğunu da dilə gətiriblər.
İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib, edilən müraciətlər nəzarətə götürülüb.
Səyyar qəbuldan sonra icra başçısı Əniqoba kənd tam orta məktəbində dərs prosesi ilə tanış olub, şagirdlərin təhsil göstəriciləri ilə maraqlanıb, şagird və müəllimlərlə həmsöhbət olub.

 

 

Keçidlər