Növbəti səyyar qəbul Bala Qusar kəndində keçirilmişdir
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov tərəfindən rayonun Bala Qusar kəndində keçirilən vətəndaşların səyyar qəbulunda kənd sakinləri kəndin elektrik təchizatı sisteminin yenilənməsi, rabitə və içməli su xətlərinin yeniləri ilə əvəz olunması, uşaq bağçası üçün yeni binanın tikilməsi və ya əsaslı təmiri və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş edilmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri, RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir.