Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Caqar kəndində keçirilmişdir

10 avqust 2023 | 17:05

Qusar rayonunun Caqar kəndində keçirilən qəbulda kənd sakinləri “Qusar Park” istirahət mərkəzi və Caqar kəndi arasındakı 2 km-lik yolun asfaltlaşdırılması, kəndin təbii qazla təmin olunması, kənddə olan ağsaqqalların istifadə etdiyi ictimai binanın təmir olunması və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, təmirə ehtiyacı olan ictimai binanın təmiri ilə bağlı tədbirlərin görülməsi kənd bələdiyyəsinə tövsiyyə edilmişdir. Qəbulda RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir.

Keçidlər