Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Əcəxur kəndində keçirilmişdir

12 mart 2024 | 17:39

Qusar rayonunun Əcəxur kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinlərini narahat edən problemlər dinlənilmiş, onların həlli istiqamətində müzakirələr aparılmışdır. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri kəndin qazlaşdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, kənddaxili yolların hamarlanması, içməli su xətlərinin çəkilməsi, pay torpaqlarının kol-kosdan təmizlənməsi üçün 5 saylı Ekologiya və Təbii sərvətlər idarəsindən razılığın alınması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər