Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Əvəcük kəndində keçirilmişdir

29 mart 2023 | 17:49

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Əvəcük kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Qəbul zamanı sakinlər kəndin sürətli internet xidmətinə qoşulmasını, Əvəcük kəndində artezian quyusunun qazılmasını, fasiləsiz elektrik enerji ilə təmin olunması üçün elektrik şəbəkəsinin yenidən qurulmasını xahiş etmişdilər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qisminə müvafiq izahat verilmiş, digər məsələlərin həlli üçün aidiyyatı qurumlara müvafiq göstərişlər verilmişdir.

Keçidlər