Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Gədəzeyxur kəndində keçirildi

07 fevral 2025 | 17:15

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov növbəti səyyar qəbulunu Gədəzeyxur kəndinin sakinləri ilə keçirib. Gədəzeyxur kənd tam orta məktəbində keçirilən səyyar qəbulda Milli Məclisin deputatı, RİH başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüş iştirakçıları suvarma kanalların təmizlənməsi, növbəlik əsasında verilən suvarma suyunun günlərin sayının artırılması, kənddə stadionun və uşaq bağçasının tikintisi ilə bağlı müraciət ediblər. O cümlədən, Qusar-İmamqulukənd avtomobil yolunda yol nişanlarının quraşdırılması, kənddaxili yolların təmiri, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, subartezian quyusunun təmir edilməsi və digər məsələləri qaldırıblar.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, izahatlar verilib. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb, onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

    

    

Keçidlər