Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Həsənqala kəndində keçirilmişdir.

12 sentyabr 2023 | 17:44

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun növbəti qəbulu rayonun Həsənqala kəndində keçirilmişdir. Qəbulda kənd sakinləri, RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir. Səyyar qəbulda kənd sakinləri qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və xətlərinin yeniləri ilə əvəz edilməsini, nəqliyyat vasitələrinin sürətinin məhdudlaşdırılması məqsədilə kəndin içində yol nişanlarının və ya maneələrin quraşdırılmasını, ərazidə fəaliyyət göstərən daş karxanalara yük avtomobillərinin kəndə daxil olmadan hərəkətinin təşkili və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər