Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Həzrə kəndində keçirilmişdir.

28 oktyabr 2022 | 17:26

Qusar rayonunun Həzrə  kəndində keçirilən vətəndaşların səyyar qəbulunda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Sakinlər tərəfindən əsasən suvarma və içməli su, kənd tam orta məktəb binasının əsaslı təmiri, evlərə telefon və internet xətlərin çəkilməsi ilə bağlı məsələlər qaldırılmışdır. Qəbulda  kənd sakinləri tərəfindən qaldırılan bəzi məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər məsələlərin həlli üçün aidiyyatı təşkilatlara müvafiq göstərişlər verilmişdir.

Keçidlər