Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Köhnə Xudat kəndində keçirilmişdir

06 aprel 2023 | 14:47

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Köhnə Xudat kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri  məktəbin təbii qazla təchiz olunmasını, fasiləsiz elektrik enerji ilə təmin olunması üçün köhnə elektrik dirəklərin və naqillərin dəyişdirilməsini, 1 ədəd transformatorun yenisi ilə əvəz olunmasını və bir sıra digər məsələlərin həlli üçün köməkliyin göstərilməsini xahiş etmişdilər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qisminə müvafiq izahat verilmiş, digər məsələlərin həlli üçün aidiyyatı qurumlara müvafiq göstərişlər verilmişdir.

Keçidlər