Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Kufoba kəndində baş tutub

06 mart 2025 | 18:06

Qusar Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulunu Kufoba kənd sakinləri ilə keçirib. Kufoba kənd ümumi orta məktəbində keçirilən səyyar qəbulda RİH başçısı Aparatının, hüquq mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri və əməkdaşları, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlər tərəfindən kənddaxili yolların hamarlanması, əlavə transformatorun quraşdırılması, gəmirici və zərərvericilərə qarşı dərman preparatlarının səyyar satışının təşkil edilməsi və digər məsələlərlə bağlı xahiş və təkliflər səsləndirilib, vaxtaşırı olaraq elektrik enerjisinin təminatında fasilələrin yarandığı qeyd olunub.
Görüşdə qaldırılan məsələlər nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul sakinlər tərəfindən razılıqla qarşılanıb, onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər