Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Kuzun kəndində keçirilmişdir

17 avqust 2023 | 15:48

 

Kuzun kəndinin Aladaş massivində təşkil olunan səyyar qəbulda RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə və müəssisələrinin rəhbərləri və Kuzun kəndinin sakinləri iştirak etmişdir. Qəbulda sakinlər kəndin təbii qazla təmin olunması, internet xidmətinin keyfiyyətinin yüksəldilməsi, kənd yollarının və elektrik xətlərinin təmiri və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, araşdırılması və həlli istiqamətində tədbirlərin görülməsi müvafiq qurumların rəhbərlərinə tapşırılmış, bəzi problemlər mərhələli şəkildə həll olunması üçün  nəzarətə götürülmüşdür.

Keçidlər