Növbəti səyyar qəbul Kuzunqışlaq kəndində keçirilmişdir.
Qusar rayon İcra Hakimiyyətinin başçsı tərəfindən rayonun Kuzunqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Qəbulda kənd sakinləri tərəfindən mövsüm ərzində suvarma suyunun çatışmaması, Langi-Kuzunqıçlaq avtomobil yolunun, elektrik və rabitə xətlərinin təmiri, internet şəbəkəsinin genişləndirilməsinə böyük təlabatın olması, yeni məktəb binasının tikintisinə ehtiyac olması kimi məsələlər qaldırılmişdir. Vətəndaşları narahat edən məsələlərin həlli üçün aidiyyatı təşkilatlara müvafiq göstərişlər vermiş, müəssisə rəhbərləri qaldırılan məsələlərin həlli istiqamətində görülməsi nəzərdə tutulan işlər barəsində məlumatlar vətəndaşların diqqətinə çatdırılmışdır.