Növbəti səyyar qəbul Qayakənd kəndində keçirilmişdir
Qayakənd kəndində təşkil olunmuş səyyar qəbulda RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə və müəssisələrinin rəhbərləri və kəndin sakinləri iştirak etmişdir. Sakinlər kənd küçələrindən birinə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Qayakənd kəndindən olan Qazımətov Rəsul Kəmaləddin oğlunun adının verilməsi, ibtidai məktəb üçün yeni binanın tikilməsi, Qusarçay çayının üzərindəki dəmir konstruksiyalı piyada körpünün, kənddaxili yollarının, istismara yararsız elektrik xətlərinin və dirəklərinin təmir olunması, içməli su çatışmazlığının aradan qaldırılması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, araşdırılması və həlli istiqamətində tədbirlərin görülməsi müvafiq qurumların rəhbərlərinə tapşırılmış, bəzi problemlər mərhələli şəkildə həll olunması üçün nəzarətə götürülmüşdür.