Növbəti səyyar qəbul Qusar rayonun Xuray kəndində keçirilmişdir
Qusar rayonunun Xuray kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinlərini narahat edən problemlər dinlənilmiş, onların həlli istiqamətində müzakirələr aparılmışdır. Kənd sakinləri məktəbin akt və idman zallarının təmir edilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, kəndin sürətli internet xidmətinə qoşulması, kənd yollarının hamarlanması, yaz və yay aylarında içməli və suvarma suyun təminatında yaranan çətinliklərin aradan qadırılması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.