Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul rayonun Avaran kəndində keçirilmişdir

18 aprel 2024 | 17:22

Qusar rayonunun Avaran kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinlərini narahat edən problemlər dinlənilmiş, onların həlli istiqamətində müzakirələr aparılmışdır. Kənd sakinləri yay aylarında içməli və suvarma su təminatında yaranan çətinliklərin aradan qadırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərinin yeniləri ilə əvəz olunması, istifadə edilmiş elektrik enerjisinin sərfi barədə bildirişlərin abonentlərə vaxtında verilməsi, kənd məktəbində qazanxana sisteminin quraşdırılması, kənd yollarının hamarlanması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər