Növbəti səyyar qəbul rayonun Caqarqışlaq kəndində keçirilmişdir
Qusar rayonun Caqarqışlaq kəndində keçirilən növbəti səyyar qəbulda sakinlər kənddə görülmüş işləri qeyd etməklə yanaşı, həlli vacib məsələləri də rayon rəhbərliyinin diqqətinə çatdırmışdır. Kənd sakinləri Samur-Abşeron kanalı üzərində quraşdırılmış su nasosu stansiyasının istifadəyə verilməsi, arıçılıq təsərrüfatları üçün subsidiyaların ayrılması və onların sığortalanması, yanacaq odununun təminatında mövcud çətinliklərin aradan qaldırılması, yararsız elektrik dirəklərinin və elektrik verilişi xətlərinin yeniləri ilə əvəz olunması, kəndin yuxarı məhəlləsinə yeni su xəttinin çəkilməsi, internet sürətinin artırılması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, ötən müddət ərzində həll olunan məsələlər sakinlərin diqqətinə çatdırılmış, qaldırılan problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.