Növbəti səyyar qəbul rayonun Xuluq kəndində keçirilmişdir.
04 iyul 2023 | 16:55
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Xuluq kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir. Kənd sakinləri kəndin qazlaşdırılmasına, internet və telefon rabitəsi ilə təmin olunması və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.