Növbəti səyyar qəbul rayonun Xürəl kəndində keçirilmişdir
Qusar rayonunun Xürəl kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinlərini narahat edən problemlər dinlənilmiş, onların həlli yolları müzakirə edilmişdir. Kənd sakinləri yay aylarında içməli və suvarma suya olan tələbatının ödənilməsi üçün kənddə su anbarın tikilməsi, taxıl sahələrinə kombayn və digər kənd təsərrüfatı texnikasının rahat gediş-gəlişini təmin etmək üçün yolda təmir və budama işlərin aparılması, elektrik dirəklərinin və naqillərinin yeniləri ilə əvəz olunması, istifadə edilmiş elektrik enerjisinin sərfi barədə bildirişlərin ayda bir dəfə olaraq abonentlərə paylanması, yeni inşa olunmuş Qusar-Avaran-Xürəl avtomobil yolunda qoruyucu baryerlərin quraşdırılması, kənd yollarının hamarlanması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşhları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.