Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar qəbul Şirvanlı kəndində keçirilmişdir

19 yanvar 2024 | 17:57

Qusar rayonun Şirvanlı kəndində keçirilən səyyar qəbulda kənd sakinləri ilk əvvəl elektrik enerjisi verilişində tez-tez baş verən fasilələrin aradan qaldırılması, kənd məktəbinin əsaslı təmiri, Qusar-Quxuroba-Şirvanlı avtomobil yolunun 12 km-lik hissəsinin yenidən qurulması, Şirvanlı kəndinin ərazsindən keçən magistral yolda məktəb şagirdləri üçün piyada zolağın və ya yerüstü keçidin təşkil olunması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər